00:00:00
Yazar
Admin User
06.01.2026 10:17 63 1 dəq oxuma
İdman

Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina edib

Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina edib

İrəvanda keçiriləcək Avropa çempionatına getməyi heç fikrimizdən belə keçirmirik.

 

"İnformator.az" xəbər verir ki, bunu Prosport.az-a açıqlamasında güllə atıcılığı üzrə millimizin baş məşqçisi İradə Aşumova deyib.

 

27 fevral - 5 mart tarixlərində 10 metr məsafədən güllə atıcılığı üzrə Avropa çempionatı Ermənistanın paytaxtı İrəvanda keçiriləcək. Hazırda Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərdə istiləşmə hiss olunur.

 

Bəs Azərbaycan millisi Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının 2026-cı ildə ilk mötəbər yarışında iştirak edəcəkmi?


Olimpiya, üçqat dünya mükafatçısı olmuş 67 yaşlı İradə Aşumova bildirib ki, həmin yarışa qatılmayacaqlar:

 

"Bizim tərəfdən III MDB Oyunları zamanı erməni idmançılara dövlət tərəfindən təhlükəsizlik zəmanəti verilib. Onlar gəlib burada yarışmayıblar. Ona görə biz də qərar verdik ki, həmin Avropa çempionatında iştirak etməyək. Bunun üçün heç dövlət qurumuna müraciət də etmədik".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər