00:00:00
Yazar
Admin User
01.10.2025 11:13 151 1 dəq oxuma
İdman

Millimizin Fransa ilə oyununun biletləri satışda!

Millimizin Fransa ilə oyununun biletləri satışda!

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Fransa - Azərbaycan və Ukrayna - Azərbaycan oyunlarında milli komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün biletlər iTicket.az-da onlayn şəkildə satışdadır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

 

Bildirilib ki, Fransa ilə matçda azərbaycanlı azarkeşlər üçün ayrılmış 101 və 102-ci sektora biletlərin qiyməti 44 AZN-dir. Ukrayna ilə görüşdə isə qonaq komandanın azarkeşləri üçün ayrılmış J sektoruna biletlərin qiyməti 45 AZN təşkil edir.


Qeyd edək ki, oktyabrın 10-da Paris şəhərində yerləşən "Park de Prens" stadionunda keçiriləcək Fransa - Azərbaycan matçı yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 22:45) başlanacaq.


Oktyabrın 13-də Polşanın Krakov şəhərində yerləşən "Krakoviya" stadionunda təşkil olunacaq Ukrayna - Azərbaycan qarşılaşmasına da yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 22:45) start veriləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər