Millimizin oyunu təxirə salınıb
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Şimali Makedoniya yığması ilə oyunu təxirə salınıb.
Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, oyun təxirə salınıbsa, bu, birmənalı şəkildə onu göstərir ki, bəlkə də sabahkı günə keçirilib:
“Bunun nə ilə bağlı olduğunu bilmirəm. Ümumilikdə isə heç bir ciddi dəyişiklik olmayacaq. Sadəcə olaraq, oyun təxirə salınıb və əgər bu, hava şəraiti ilə bağlıdırsa, sabah oynanılması mümkündür”.
Aytac İbrahimova
