00:00:00
Yazar
Admin User
23.11.2025 08:20 95 1 dəq oxuma
İdman

Millinin sabiq üzvündə ağır xəstəlik aşkarlanıb

Millinin sabiq üzvündə ağır xəstəlik aşkarlanıb

Rusiya yığmasının və ÇSKA-nın sabiq futbolçusu Yevgeni Aldonində uzunmüddətli və bahalı müalicə tələb edən ağır xəstəlik aşkarlanıb.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Rusiya Premyer Liqasının mətbuat xidməti məlumat yayıb.

 

Rusiyanın futbol ictimaiyyəti ümumi yardım aksiyasına qoşulmağa, keçmiş futbolçuya və onun ailəsinə maddi dəstək göstərməyə çağırılıb.

 

Qeyd edək ki, 45 yaşlı sabiq futbolçu ÇSKA-nın heyətində iki qat ölkə çempionu olub. O, həmçinin ölkə kubokunun və UEFA Kubokunun beş qat qalibidir. Rusiya millisində 29 oyun keçirmiş yarımmüdafiəçi 2018-ci ildə karyerasını başa vurub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər