Millət vəkili 18 oktyabr "Müstəqilliyin Bərpası günü" ilə əlaqədar tələbələrə mühazirə oxuyub
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin qonağı olub.
“Media və Siyasət” dərsi çərçivəsində təşkil olunan görüşdə fakültənin dekanı Vüqar Zifəroğlu tələbələrə Elşad Mirbəşiroğlunun siyasi fəaliyyətindən danışıb. Dəvətə görə təşəkkürünü bildirən Elşad Mirbəşiroğlu tələbələrlə ünsiyyətdən məmnunluğunu diqqətə çatdırıb. Millət vəkili 18 oktyabr "Müstəqilliyin Bərpası günü" ilə əlaqədar tələbələrə mühazirə oxuyub. Eyni zamanda, o, Azərbaycanın siyasi fəaliyyətində keçdiyi həyat yolu, torpaqlarımızın azad edilməsi, Qərb ölkələri də daxil olmaqla, Ermənistanın illər boyu davam edən təcəvüzkar-işğalçı siyasəti, Xankəndidə bayrağımızın dalğalanmasının əhəmiyyəti, Azərbaycanın siyasi fəaliyyətinə dair növbəti planlarını dilə gətirib. Tələbələr Elşad Mirbəşiroğlunun ortaya qoyduğu faktları maraqlı dinləyiblər. Görüşdə iştirak edən Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova isə belə tədbirlərin gənclərin təhsili, vətənpərvərlik ruhu və dünyagörüşünün inkişafında səmərəsindən bəhs ediblər.
Görüş səmimi, interaktiv, diskussiya mühitdə davam edib. Fakültə tələbələri Azərbaycan-Ermənistan münaqişəsi, Müstəqillik günü, Azərbaycanın torpaqların azadlığından sonrakı taleyi barədə suallar səsləndiriblər. Elşad Mirbəşiroğlu tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Həcər Əmiraslanlı
.png)
.png)
.png)
