00:00:00
Yazar
Admin User
02.05.2015 05:33 366 1 dəq oxuma
Sosial

Minaatanlardan istifadə edən düşmən atəşkəsi pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 68 dəfə pozub.
Minaatanlardan istifadə edən düşmən atəşkəsi pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 68 dəfə pozub.

Müdafiə Nazirliyindən İnformator-a verilən məlumata görə, Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan, İcevan rayonunun Paravakar və Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində, adsız yüksəkliklərdə və Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub. 
Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Göyarx, Yarımca, Ağdam rayonunun Şuraabad, Kəngərli, Qaraqaşlı, Şıxlar, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub. 


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər