Azərbaycanda metro xəttinin altından avtomobil yolu keçəcək
Paytaxtda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mühüm layihə icra olunur. “Dərnəgül” elektrik deposu ətrafında aparılan yenidənqurma çərçivəsində ilk dəfə olaraq metro xəttinin altından avtomobil yolunun keçirilməsi nəzərdə tutulur. Mütəxəssislərin fikrincə, metro, avtomobil və dəmir yolu xətlərini birləşdirəcək bu multimodal qovşaq xüsusilə “Ulduz” və “Koroğlu” istiqamətində nəqliyyat sıxlığının azalmasına ciddi töhfə verəcək.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirir ki, Bakıda ilk dəfə metro xəttinin altından avtomobil yolunun keçirilməsi şəhər nəqliyyat sistemində keyfiyyətcə yeni mərhələ hesab oluna bilər:
“Bu cür həllər ənənəvi yol genişləndirmə yanaşmasından fərqli olaraq, mövcud infrastrukturun daha səmərəli istifadəsinə imkan yaradır və yerüstü sıxlığı azaltmaqla paralel hərəkət axınları formalaşdırır və nəticədə sürücülər üçün alternativ marşrutlar yaranır, nəqliyyatın paylanması balanslaşır və pik saatlarda yüklənmə müəyyən qədər aşağı düşür, eyni zamanda bu tip layihə şəhər mobilliyini artıraraq ictimai nəqliyyatla fərdi nəqliyyat arasında daha çevik keçid imkanları yaradır və gələcəkdə ağıllı nəqliyyat sistemlərinin tətbiqi üçün də baza rolunu oynayır. “Ulduz” və “Koroğlu” istiqamətində planlaşdırılan multimodal qovşaq isə xüsusi əhəmiyyət daşıyır, çünki həmin ərazi həm sənaye zonalarına, həm də şəhərin giriş-çıxış nöqtələrinə yaxın olduğundan burada sıxlıq əsasən müxtəlif nəqliyyat növlərinin toqquşmasından yaranır və onların bir nöqtədə koordinasiyalı şəkildə inteqrasiyası metro, avtomobil və dəmir yolunun paralel işləməsi hərəkətin fasiləsizliyini təmin edərək tıxacların azalmasına təsir göstərə bilər, lakin bu təsirin maksimum olması üçün layihə ilə yanaşı yol hərəkətinin düzgün təşkili, işıqforların optimallaşdırılması və nəqliyyat axınlarının düzgün yönləndirilməsi də vacibdir belə mürəkkəb mühəndislik layihələrində isə əsas diqqət geoloji və seysmik risklərin düzgün qiymətləndirilməsinə, metro xəttinin konstruktiv təhlükəsizliyinin qorunmasına, vibrasiya və yük təsirlərinin hesablanmasına, su izolyasiyası və drenaj sistemlərinin qurulmasına, eləcə də tikinti zamanı və sonrakı istismar mərhələsində davamlı monitorinqin aparılmasına yönəldilməlidir, çünki yeraltı kəsişmələrdə ən kiçik texniki səhv belə uzunmüddətli risklər yarada bilər və bu səbəbdən layihənin həm beynəlxalq standartlara uyğun icrası, həm də müasir mühəndis texnologiyalarından istifadə edilməsi həlledici rol oynayır”.
Ədilə Hüseynzadə