00:00:00
Yazar
Güllər Gülhüseynova
15.07.2026 21:24 23 1 dəq oxuma
İdman

Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib

Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib

Mingəçevirdə cüdoçular üçün kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib. 144 idmançının iştirak etdiyi qiymətləndirmə onların texniki hazırlığının artırılması və gələcək yarışlara hazırlığı baxımından mühüm mərhələ hesab olunur.


Mövzu ilə bağlı idman jurnalisti, şərhçi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib ki, tədbir kəmər dərəcəsi adlandırılsa da, imtahanlar yalnız kəmərin rəngini dəyişməklə məhdudlaşmır:


"Burada həmçinin müxtəlif yaş kateqoriyaları üzrə cüdoçuların texniki hazırlığının mühüm parametrlərinə diqqət yetirilir, növbəti mərhələyə hazırlığının səviyyəsi müəyyən edilir. Eyni zamanda cüdoçunun texniki inkişafı qiymətləndirilir, habelə yaşına və kəmər dərəcəsinə uyğun texnikaları icra bacarığı yoxlanılır. Ən mühüm məsələlərdən biri isə qiymətləndirmə zamanı bütün ölkə üzrə eyni meyarların tətbiqidir ki, Azərbaycan Cüdo Federasiyasında bu tələbə olduqca həssas yanaşılır. İmtahan nəticələri ilə ətraflı tanış olmasam da, yekunla bağlı ilkin məlumatlar həm qənaətbəxş, həm də ümidvericidir".


Zəhra Möhübbətova

#baki #kəmər #cüdoçuların #mingəçevirdə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər