00:00:00
Yazar
Admin User
31.08.2018 13:32 589 2 dəq oxuma
Sosial

Mingəçevirdə Təhsil Nazirliyinin dəstəyi ilə tədbir keçirilib

Mingəçevir şəhər 18 saylı tam orta məktəbdə “Müəllimlərin peşəkarlığının yüksəldilməsi üçün seminarların keçirilməsi” adlı tədbir keçirilib.
Mingəçevirdə Təhsil Nazirliyinin dəstəyi ilə tədbir keçirilib

Mingəçevir şəhər 18 saylı tam orta məktəbdə “Müəllimlərin peşəkarlığının yüksəldilməsi üçün seminarların keçirilməsi” adlı tədbir keçirilib.

İnformator.az xəbər verir ki, layihə Təhsil Nazirliyi tərəfindən "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi" çərçivəsində maliyyələşdirilib.


Layihə rəhbəri, Mingəçevir şəhər 18 saylı orta məktəbin müəlliməsi Gülü Alməmmədova çıxış edərək layihəni maliyyələşdirdiyinə görə təhsil nazirliyinə təşəkkür edib. Bildirib ki, layihəni keçirməkdə məqsəd qəbul edilən yeni təhsil qanunlarının bizim təhsil sisteminə uyğun olub-olmadığı ilə bağlı müzakirələr aparmaq, təhsildə innovasiyaların üstünlüklərindən danışmaqdır.


G. Alməmmədova bildirib ki, fəal təlim metodunun tətbiqi şagirdlərin təhsilə yiyələnməsinə müsbət təsir edir. Passiv təhsil metodundan interaktiv təhsilə keçid atılan mühüm addımlardan biridir. Artıq şagirdlər ənənəvi təhsil forması ilə deyil, yeni üsulla təhsil alır. Bu da öz növbəsində təhsilin keyfiyyətinin artmasına və daha yaxşı nəticələrinin əldə edilməsinə şərait yaradır”, - layihə rəhbəri deyib.


Gülü Alməmmədova daha sonra qeyd edib ki, qəbul edilən təhsil qanunları və tədris formaları bizim təhsil sisteminə uyğunlaşdırılmalı, eyni zamanda maddi və texniki təchizat da nəzərə alınmalıdır.


Məktəbin ingilis dili müəlliməsi Züleyxa İsmayılova kurrikulum təhsil formasından danışıb. Bildirib ki, bu təhsil forması tədris prosesinə yeniliklər gətirsə də müəyyən problemlər də var: “Valideynlər övladlarının gündəlik aldığı qiymətləri bilmək istəyir. Buna görə də summativ deyil, gündəlik qiymətləndirmə olarsa daha məqsədəuyğun olar.“


Azərbaycan dili və ədəbiyyat müəlliməsi Şirinova Almaz dərs vəsaitlərində bəzi bölmələrlə əlaqədar məlumatların qısa olduğunu qeyd edib. Onun sözlərinə hörə, Azərbaycan dilinə aid dərs vəsaitlərində müəyyən bölmələrlə bağlı qaydalar qısa verilir, daha geniş məlumatların verilməsi daha məqsədəuyğundur.


Tədbir müzakirələrlə davam edib. Vurğulanıb ki, dərs prosesində elektron löhvə və komputerdən istifadə və digər yeniliklərin tətbiqi təhsil sistemimizin dünya təhsil sisteminə uyğunlaşdırılması üçün mühüm addımdır. Əyani və texniki təchizat vasitələrindən istifadə şagirdlərin bilik əldə etməsinə şərait yaradır, Şagirdlərin yalnız kitablardan deyil, elektron resurslardan istifadəsi onların daha geniş məlumat almasına, yeniliklərdən xəbərdar olmasına səbəb olur.


Müzakirələr bu istiqamətdə davam edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər