Mingəçevirdə uşaqlar arasında “Hepatit virus”u necə yayılıb?
Mingəçevirdə məktəblilər arasında "Hepatit A" virusu yayılıb.
İnformator.az xəbər verir ki, son bir həftə ərzində 6 məktəbli Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Uşaqlar dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Daha sonra onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub. Məktəblilərin vəziyyəti ilə bağlı son məlumatları həkimlərdən öyrənmişik.
Məsələ ilə bağlı Həkim Aynur Musayeva açıqlamasında deyir ki, bizə Mingəçevirdən 3 xəstə qəbul olunub.
“Xəstələrdən biri ayın 7-si qəbul olunub. İmamverdiyeva Duyğu, 2011-ci il təvəllüd. Artıq xəstədə “Hepatit A” diaqnozu təstiq olunub. Vəziyyəti isə yaxşıdır, stabildir. Digər 2 uşaq isə biri Ələsgərzadə Mehdi, digəri isə İbrahimli Məhəməddir. Onlardan biri 2011 təvəllüd, digəri isə 2008 təvəllüddür. Onlar da Mingəçevirdən qəbul olunublar. Düzdür, hələ ki, onlar diaqnozunda “Hepatit A” təstiq olunmayıb, çünki analiz dünən götülürüb.
Həkim Könül Xıdırova isə deyir ki, bizim şöbədə hazırda 3 xəstə müalicə olunur.
“Xəstələrdən biri 2006-cı il təvəllüdlü Alışova Şəhanə Əhməd qızıdır. Bu xəstə 6 noyabr tarixində bizə daxil olub və hazırda isə “Hepatit” diaqnozu təstiqlənib, müalicə olunub, vəziyyəti yaxşılaşıb. 2 digər xəstə isə 2009-cu il təvəllüdlü Abdullayev Elşən və 2011-ci il təvəllüdlü Alışov Muraddır. Bu xəstələr bizə sarılıq diaqnozu irə müraciət ediblər. Hazırda vəziyyətləri stabildir”.
Ləman
