00:00:00
Yazar
Güllər Gülhüseynova
30.07.2026 20:30 25 1 dəq oxuma
İdman

Minifutbol üzrə Azərbaycan çempionatında komanda sayı artırılır

Minifutbol üzrə Azərbaycan çempionatında komanda sayı artırılır

Azərbaycan Minifutbol Federasiyası yeni mövsümdən etibarən ölkə çempionatında komanda sayının artırılmasını planlaşdırır. Bu dəyişiklik liqanın rəqabət səviyyəsi və minifutbolun inkişaf perspektivləri baxımından maraq doğurur.

 

Mövzu ilə bağlı idman jurnalisti, şərhçi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib ki, komanda sayının artırılması ölkə çempionatının mövcud durumunun diktəsidir. Marağın artması isə təsadüfi deyil:

 

"Minifutbol üzrə milli komandanın qısa müddətdə iki dəfə Avropada ən güclü olması və dünya çempionu adını qazanması bu məsələdə həlledici rola malikdir. Əsas odur ki, yeni yaradılan klublar təcrübəlilərlə rəqabətdə mübariz keyfiyyətlər nümayiş etdirə bilsinlər. Yəni, say artımı, sadəcə, kəmiyyət artımı ilə məhdudlaşmasın".

 

Müsahibimizin sözlərinə görə, bu belə olacaqsa, təbii ki, inkişafdan danışmaq olar:


"Bu il ölkəmizi munifutbol üzrə Barselonada təşkil olunacaq Çempionlar Liqasında təmsil edəcək "Birbaşa Bakı", "Zirə" və "Aznur" klubları yeni mövsümdə də qızıl medallara əsas namizədlərdir. Ancaq düşünürəm ki, digər klublarımız, həmçinin yeni komandalar heç də statist rolu oynamayacaq, var gücləri ilə onlarla ayaqlaşmağa çalışacaqlar. Bu da onu deməyə əsas verir ki, qarşıdakı Azərbaycan çempionatı daha maraqlı və gərgin keçəcək".

Zəhra Möhübbətova

#sayı #yeni #gündəm #çempionatında
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər