00:00:00
Yazar
Lalə Qafarova
28.04.2026 22:05 19 1 dəq oxuma
İdman

Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində liderliyə yüksəlib

Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində liderliyə yüksəlib

Minifutbol üzrə Azərbaycan milli komandası dünya reytinqində birinci pilləyə yüksəlib. Siyahının zirvəsində qərarlaşan komandamız 4085 xalla tarixində ilk dəfə bu uğura imza atıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a idman eksperti Kənan Məstəliyev bildirib ki, millinin dünya reytinqində birinci yerə yüksəlməsi gözlənilən idi:

 

"Azərbaycan Minifutbol Federasiyası milli komandanın formalaşdırılması və inkişafı yolunda çox böyük işlər görür. Təsadüfi deyil ki, komandamız bir neçə il öncə Avropa çempionu olmuşdu. Ötən il isə dünya çempionatında qazanılan uğur millinin yüksək səviyyəsini bir daha sübut etdi. Hazırda minifutbol üzrə görülən işlər həqiqətən təqdirəlayiqdir. Deyərdim ki, bu istiqamətdə ən səmərəli fəaliyyət göstərən qurumlardan biri elə Minifutbol Federasiyasıdır".

 

Ekspert həmçinin minifutbolun spesifik xüsusiyyətlərinə də toxunub:

 

"Minifutbolun böyük futboldan fərqi ondadır ki, burada lazımi şəraiti qurmaq nisbətən asandır. Meydançaların ölçüsü kiçik, oyunçu sayı isə azdır. Belə olan halda, düzgün maliyyə qoyuluşu ilə inkişaf nail olmaq daha əlçatandır. Əlbəttə, bu da sadə iş deyil, lakin federasiyanın seçdiyi doğru strategiya komandanı ardıcıl qələbələrə və dünya liderliyinə gətirib çıxardı".

 

Reyhan Qulizadə

#reytinqində #baki #liderliyə #gündəm #yüksəlib
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər