00:00:00
Yazar
Admin User
31.10.2025 16:44 147 2 dəq oxuma
İdman

Minifutbol üzrə Azərbaycan çempionatında mövsümə start verilib

Minifutbol üzrə Azərbaycan çempionatında mövsümə start verilib

"Minifutbol üzrə Azərbaycan çempionatının yeni mövsümün başlanmasına sevindim. Çünki demək olar ki, hər turu, hər matçı çox maraqlı, gərgin mübarizə şəraitində keçən bir çempionat oyunudur. Xüsusilə də son illərdə Azərbaycanda millifutbolun səviyyəsi çox yüksəlib. Təsadüfi deyil ki, minifutbol üzrə yığma komandamız bir neçə il əvvəl Avropa çempionu olmuşdusa, bu il keçirilən dünya çempionatında komandamız dünya çempionu olmağı bacararaq sübut edib ki, biz, Azərbaycan xalqı bu idman növündə də dünyanın ən güclülərindəndir".


Bu sözləri idman jurnalisti, şərhçi Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, məhz bu uğurlardan sonra görünən odur ki, bu idman növünə maraq da artıb:


"Komanda sayının artması da onu göstərir. Artıq Minifutbol üzrə Azərbaycan çempionatının yüksək dəstəsində 16 komanda yarışır. Bu çox yaxşı bir göstəricidir, yəni marağın artması deməkdir. Güclü komandalar da var, yeni yeni qoşulanlar da var. Bununla da maraqlı, böyük hesablı qələbələrin və yaxud da, məğlubiyyətlərin qeydə alınması normaldır. Bu, dünyanın, hər cür çempionatlarında, istər böyük futbolda, istər minifutbolda, futzalda bütün idman növlərində belə nəticələr qeydə alınır".

 


Müsahibimizin sözlərinə görə, xüsusilə də minifutbolda, bu normal bir hadisədir:

 

"Bu mövsümdə açılışda "Aznur" komandası qalib gəlib, bu isə onun gücünü göstərir, hansı ki, rəqibləri də güclü idi. Belə oyunlar, belə nəticələr hələ çox qeydə alınacaq. Amma bu o demək deyil ki, çempionatın səviyyəsi aşağıdır. Bu, sadəcə yeni gələn komandaların təcrübəsizliyindən irəli gəlir. Onlar da bir müddət keçəndən sonra lazımi səviyyəyə qalxaraq öz performanslarını nümayiş edəcəklər. Turun mərkəzi qarşılaşması "Zirə" birbaşa qarşılaşması idi. "Zirə" bildiyimiz kimi, minifutbol komandalarımız arasında ən böyük uğur qazanan komandalardandır. Hətta çempionları, minifutbol üzrə klublar arasında Çempionlar Liqasının qalibidir. Yəni bu komandalar arasında həmişə zirvə mübarizəsi gedib, gərgin qarşılaşmalar qeydə alınıb. Bu dəfə də az qollu və gərgin bir qarşılaşma izlədik, "Zirə" qalib gəldi və düşünürəm ki, "Zirə" indidən Azərbaycan çempionluğuna iddiasını ortaya qoyub. Tək-tək bütün maçlardan danışmayacam, ümumilikdə tribunaların dolu olması, azarkeş marağının olması da qeyd etdiyim kimi, Azərbaycanda bu idman növünün, minifutbolun inkişafının yüksəlişdə olduğu, inkişaf edəcəyi və gələcəyinin də parlaq olduğunu göstərir".


Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər