Minneapolisdə atışmada iştirak edən sərhədçilər xidmətdən kənarlaşdırılıb
Minneapolisdə qanunsuz miqrantlara qarşı keçirilən və bir kişinin ölümü ilə nəticələnən reyddə iştirak edən ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsinin (ICE) əməkdaşları işdən müvəqqəti çıxarılıb.
"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ-nin daxili təhlükəsizlik nazirinin köməkçisi Trişa Maklaflin bildirib.
Onun sözlərinə görə, söhbət hüquq-mühafizə orqanını inzibati məzuniyyətə göndərilən iki əməkdaşından gedir. İşçilərin şəxsiyyətləri açıqlanmır. Çərşənbə axşamı Ağ Evin Aparat rəhbərinin müavini Stiven Miller Sərhəd Xidmətinin əməkdaşlarının hadisə zamanı protokolu pozduğunu güman edib.
Xatırladaq ki, yanvarın 7-də ICE əməkdaşı 37 yaşlı yerli sakin Rene Nikol Qudu güllələyib. Onun avtomaşını heç bir işarəsi olmayan xidmət pikapının yolunu bağlayıb. Rene Nikol Qudun öldürülməsi təkcə Minneapolisdə deyil, bütün ölkədə immiqrasiya xidmətlərinə qarşı geniş miqyaslı etirazlara səbəb olub.
