00:00:00
Yazar
Admin User
22.08.2023 09:19 263 1 dəq oxuma
Sosial

MİQ-in vakansiya seçimi mərhələsi başladı

MİQ-in vakansiya seçimi mərhələsi başladı

Artıq dünəndən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başlayıb. Proses online formada həyata keçiriləcək. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Müddətli müqavilə ilə vakansiya seçimi 23 avqust saat 11:00-da başa çatacaq.

 

Təhsil İnstitutu İnsan Resursları Mərkəzinin Direktoru Nurlan İsmayılbəyli bu barədə məlumat verib: “Bu tura əvvəlki turdan, yəni müddətsiz əsaslarla işə qəbul turundan tutulmuyan və yeni yaranan vakant yerlər daxil edilib. Bu vakant yerlərin sayı 4 mindən çoxdur. İşğaldan azad olunmuş bölgələrə Böyük Qayıdışla bağlı aparılmış dövlət proqramına müvafiq olaraq Şuşa 1 və Füzuli 1 nömrəli tam orta məktəblərdən də vakant yerlər sistemə daxil edilib. Vakant yerlər Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, İngilis dili, İbtidai sinif kimi müxtəlif fənləri əhatə edir. Şuşa 1 nömrəli məktəbdə həm Azərbaycan, həm Rus bölməsi üzrə vakant yerlərinin sistemə daxil edildiyini deyə bilərik”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər