00:00:00
Yazar
Nərmin Həşimova
30.05.2026 12:58 27 1 dəq oxuma
Media

Mirzə Ələkbər Sabirin ildönümünə həsr olunan tədbir keçirilib

Mirzə Ələkbər Sabirin ildönümünə həsr olunan tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU)Jurnalistika fakültəsinin Tələbə Gənclər Təşkilatının(TGT) təşəbbüsü və Cəlil Məmmədquluzadənin Ev Muzeyinin əməkdaşlığı ilə böyük satirik şair Mirzə Ələkbər Sabirin ildönümünə həsr olunan tədbir keçirilib.


Tədbirin açılışını Cəlil Məmmədquluzadənin Ev Muzeyinin direktoru Yeganə Məmmədova edib. O, Mirzə Ələkbər Sabirin Azərbaycan ədəbiyyatı və milli mətbuat tarixindəki mühüm rolundan danışaraq belə tədbirlərin gənclərin maariflənməsində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.



Daha sonra söz filologiya elmləri doktoru, AMEA-nın Ədəbiyyat İnstitutunun Mətbuat və publisistika şöbəsinin əməkdaşı, professor Gülbəniz Babayevaya verilib. Gülbəniz Babayeva çıxışında Sabirin yaradıcılığının ictimai fikrin formalaşmasındakı rolundan, satirik poeziyasının aktuallığından və “Molla Nəsrəddin” ədəbi mühitindəki fəaliyyətindən bəhs edib.



Sonra çıxış üçün söz Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının Jurnalistika fakültəsi üzrə sədri Namiq İslamzadəyə verilib. O, tələbələrin klassik ədəbiyyata və milli mətbuat irsinə marağının artırılması istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.

Tədbirin davamında söz filologiya elmləri doktoru, professor Qərənfil Dünyaminqızına verilib. O, çıxışında Mirzə Ələkbər Sabirin yaradıcılığı, publisistik fəaliyyəti və Azərbaycan satirik mətbuatının inkişafındakı xidmətləri haqqında geniş məlumat verib.

Sonda tədbirdə tələbələr Sabirin şeirlərini səsləndiriliblər.

 

#Sabir #tədbir #həsr olunan #keçirilib
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər