00:00:00
Yazar
Admin User
19.08.2025 06:30 121 1 dəq oxuma
Dünya

Mirzoyan Ermənistanın xarici ölkələrdəki səfirləri ilə Zəngəzur dəhlizi layihəsini müzakirə edəcək

Mirzoyan Ermənistanın xarici ölkələrdəki səfirləri ilə Zəngəzur dəhlizi layihəsini müzakirə edəcək

 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 25-27 avqust tarixlərində xarici dövlətlərdə akkreditə olunmuş bu ölkənin səfirləri ilə Sünik vilayətində illik toplantı keçirəcək.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

 

O, səfirlərə avqustun 8-də ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında Vaşinqtonda razılığın əldə olunduğu Zəngəzur dəhlizi ("Tramp marşrutu") layihəsinin təfərrüatları barədə məlumat verəcək.

 

Qeyd olunur ki, xarici ölkələrin Ermənistanda akkreditə olunmuş səfirləri də həmin günlərdə Sünikdə olacaqlar. Onlar üçün "tanışlıq" səfərinin təşkili planlaşdırılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər