00:00:00
Yazar
Admin User
04.02.2026 15:22 37 1 dəq oxuma
Dünya

Mirzoyan sülh gündəliyini Avropa Şurası rəsmisi ilə müzakirə edib

Mirzoyan sülh gündəliyini Avropa Şurası rəsmisi ilə müzakirə edib

Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan ilə Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flaherti arasında keçirilən görüşdə Ermənistan-Azərbaycan sülh gündəliyi və regional humanitar məsələlər müzakirə olunub.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Ermənistan-Azərbaycan sülh prosesinin vəziyyətini iki dövlətin iradəsi və göstərdikləri fəaliyyət müəyyən edir:

 

"Avropa Şurası, Avropa Birliyi və digər beynəlxalq təşkilatların müdaxiləsindən asılı olmayaraq prosesin bütün mərhələləri yalnız Azərbaycan-Ermənistan münasibətlərindən asılı olaraq ikitərəfli şəkildə həll olunub. Azərbaycan bu gün də sülh atmosferini gücləndirmək üçün addımlar atır. Məsələn, Ermənistanın blokadadan çıxarılması və ticarət əlaqələrinin qurulması kimi tədbirlər bu addımlar sırasındadır. Hələlik top Ermənistan tərəfdədir və real sülh addımları ondan gözlənilir.

Ermənistan isə indiki şəraitdə sülh prosesini beynəlxalq gündəmə çıxarmağa çalışır. Avropa İnsan Haqları Komissarı ilə müzakirələrin prosesə birbaşa təsiri yoxdur, çünki onun səlahiyyətləri başqa sahələri əhatə edir. Lakin Ermənistan dünyaya sülhsevər imic yaratmaq və əlverişli dialoq mühiti formalaşdırmaq üçün bu fürsətdən istifadə edir. İndiyə qədər Azərbaycan prosesin təşviqçisi olub. Bu gün isə Ermənistan özünü ardıcıl tərəfdaş kimi təqdim edərək həm sülhsevər imicini gücləndirir, həm də digər məsələlərdə əlverişli dialoq mühiti formalaşdırır".


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər