00:00:00
Yazar
Güllər Gülhüseynova
15.06.2026 17:26 17 1 dəq oxuma
Dünya

Mixeil Kavelaşvili: Gürcüstan Qərbi Balkan regionu ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Mixeil Kavelaşvili: Gürcüstan Qərbi Balkan regionu ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

"Orta Dəhliz"in əsas həlqələrindən biri olan Gürcüstan Qərbi Balkan regionu ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

 

"İnformator.az" xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşündə deyib.

 

Onun sözlərinə görə, bu, Avropa ilə Asiya arasında nəqliyyat-logistika əlaqələrinin inkişafına əlavə töhfə verə bilər.

 

Liderlər görüş zamanı regional və qlobal proseslərə də toxunaraq, sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasının vacibliyini vurğulayıblar. Qeyd edilib ki, beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər fonunda həm Cənubi Qafqazda, həm də Qərbi Balkanlarda sabitliyin təmin olunması xüsusi əhəmiyyət daşıyır.

 

Kavelaşvili qeyd edib ki, Tbilisi Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin edilməsinə və qonşu dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş siyasətini davam etdirəcək.

 

Qeyd edək ki, iyunun 15-də Serbiya Prezidenti Aleksandar Vuçiçin Gürcüstana səfəri başlayıb. Səfər iyunun 17-də bitəcək.

#genişləndirilməsində #baki #gündəm #xəbər #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər