00:00:00
Yazar
Asiman Vəliyeva
15.03.2026 21:21 19 1 dəq oxuma
Siyasət

MKİ məni casus elan etməyə hazırlaşır - Karlson

MKİ məni casus elan etməyə hazırlaşır - Karlson

MKİ mənə qarşı cinayət işi hazırlayır. Hansı cinayətə görə? Mən müharibədən əvvəl İrandakı insanlarla danışmışam. Onlar (MKİ) mənim mesajlarımı oxuyurlar.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu sözləri amerikalı jurnalist Taker Karlson yaydığı videoda bildirib.


56 yaşlı Karlson qeyd edib ki, ABŞ Ədliyyə Nazirliyi onu Mərkəzi Kəşfiyyat İdarəsinin göstərişi ilə İran casusu olmaqda ittiham etməyə hazırlaşır.

Karlson Xarici Agentlərin Qeydiyyatı Aktı (1938) əsasında ittiham olunacağını iddia edib.

Eyni zamanda jurnalist ona qarşı irəli sürülən ittihamları rədd edib:

"Mən xarici dövlətin casusu deyiləm. ABŞ siyasətini və dünya hadisələrini şərh edən bir çox insanlardan fərqli olaraq, mən yalnız ABŞ-a sadiqəm və heç vaxt ona qarşı hərəkət etməmişəm. Heç vaxt kimdənsə pul götürməmişəm. Mənim işim davamlı olaraq hamı ilə danışmaq və dünyada baş verənləri öyrənməyə çalışmaqdır. Mən amerikalıyam. Hər kəslə danışa bilərəm".

#azərbaycan #etməyə #yeni #casus
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər