Məktəbə az qaldı: Valideynlər qiymətlərdən razıdırmı?
Yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Bununla əlaqədar şəhərin müxtəlif yerlərində məktəb yarmarkaları təşkil olunub. Şagirdlər məktəbə, valideynlər isə məktəb alış-verişinə hazırlaşırlar.
Bəs, bir şagirdin məktəbə getməsi üçün lazım olan məktəb ləvazimatları neçəyə başa gəlir?
Valideynlərin bu qiymətlərə münasibəti necədir?
Valideyn Bikəxanım Zeynallının sözlərinə əsasən, bu il dəftərlərin qiyməti bahalaşıb:
"Ötən ilə nisbətən çantalar, qələmqabılar, xüsusilə dəftərlər çox bahalaşıb. Məktəb formalarının qiyməti isə müxtəlif mağazalarda müxtəlif qiymətlərə satılır. Bakı Tikiş Evinin qiymətləri isə bizim üçün heç münasib deyil. 16-18 manata satılan çantalar keyfiyyətli olmadığı üçün istifadə edildikdən bir müddət sonra cırılır, yararsız hala düşür. Bir uşağın məktəb xərci minimum 200 manat tələb edir. Biz 3 uşaq üçün məktəb bazarlığı edəcəyik. Bu da ortalama 600 manat edir".
Valideynin sözlərinə görə, marketlər yarmarkalardan daha münasibdir.
Qeyd edək ki, Bakı Tikiş Evində məktəb formalarının qiymətləri belədir:
Polo köynəklər(uzunqol/qısaqol) 15azn, Şalvar/ətək 25 azn, Jaket 30 azn- dir.
Məktəb ləvazimatlarındakı ortalama qiymətlər:100 vərəq dəftər 1 manat, 60vərəq dəftər 65 qəpik, 40 vərəq dəftər 50 qəpik, 12 vərəq dəftər 15-30 qəpik, çantaların qiyməti 15 manatdan, qələmqabıların qiyməti 3 manatdan başlayır.
Nəzrin
