MƏKTƏBLİ ÇANTASINI DOLDURMAQ ÜÇÜN NƏ QƏDƏR PUL LAZIMDIR?
Artıq yeni dərs ilinin başlamasına cəmi 1 həftə qalıb. Valideynlər təbii olaraq övladları üçün məktəb bazarlığı etməlidirlər. Bir şagirdin çantasını hazırlamaq üçün nə qədər vəsaitin lazım olduğu, yəqin, hələ ki alış-verişə çıxmayan valideynlər üçün maraqlıdır. Öyrənmək üçün əməkdaşlarımız paytaxtdakı məktəb ləvazimatlarının satışı ilə məşğul olan mağazalara üz tutublar.
Məhsulların əksəriyyəti Rusiya, Türkiyə və Çindən gətirilir. Satıcıların sözlərinə görə, ötən illə müqayisədə bu il ləvazimatların qiymətində artım var. Alıcılar da qiymətlərin baha olmasından gileylənirlər. Paytaxtdan kənar Abşeron rayonu ərazisində təşkil olunan məktəbli ləvazimatları yarmarkaları 28 maydakı satış obyektləri ilə müqayisədə nisbətən ucuzdur.
Bir sözlə, çeşid bol, qiymətlər müxtəlifdir. Əsas odur, valideynlərin bu həvəsi nəticəsiz qalmasın. Övladının dərslərdən aldığı qiymətlər bugün xərclənən qiymətləri üstələsin.
SƏBİNƏ
