Məktəbli formaları ilə bağlı suallara son qoyuldu!
Yeni tədris ili yeni formalarla başlayacaq. Müxtəlif rəngli məktəbli formaları tikilib və artıq satışdadır.
Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov deyir ki, Bakının müxtəlif ərazilərində 9 satış məntəqələri fəaliyyət göstərir. 10-a qədər rayonda isə satış mərkəzlərinin açılması gözlənilir. Sexin işçiləri gündəlik olaraq 250-300-ə qədər formanı tam şəkildə tikib təhvil verdiklərini bildirirlər.
Qiymətlərə gəlincə, köynəklər 15 AZN, şalvar və ətəklər 25 AZN, jaketlər isə 30 AZN olmaqla dəyişir. Qeyd edək ki, məktəbli formalarının seçimini hər bir məktəb özü müəyyən edir.
Nəzrin Malik
