MƏKTƏBLİ FORMALARININ QİYMƏTİ QANE EDİRMİ?!
“2023-2024 tədris ili üçün yeni forma tətbiq ediləcək” xəbəri günlərdir həm medianın, həm də sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib. Yeni tədris ilinin başlamasına bir ay qalıb, valideynlər artıq övladları üçün məktəbli formaları almağa hazırlaşırlar. Nazirələr Kabinetinin imzaladığı qərara əsasən, yeni tətbiq olunan məktəbli formaları şagirdlərin sağlamlığını nəzərə alaraq, tətbiq edilib.
İnformator.az saytı bu mövzu ilə bağlı həm valideyn, həm də ekspert mövqeyini öyrənib. İki məktəbli anası olan Ruhiyyə Əliyeva məktəbli formalarının qiymətlərindən narazı olsa da, vahid forma ideyasını bəyənir. “Məcburi olmağı daha sərfəlidir, çünki şagirdlər özlərini əsl məktəbli kimi hiss edəcəklər. Elə şagird var toy geyimində, toy saç yığımında məktəbə gəlir. Bu da onların gələcək təhsilinə mənfi təsir göstərir”. Müsahibimiz, iki övladının tək geyiminə 170 manat xərcləyəcək. “Təhsilə sərf etdiyimiz pul gələcəkdə insanın özünə artıqlaması ilə qayıdır, ona görə də bəzən çətinliyimiz olsa da, qənaətləşdirib uyğunlaşdırırıq. Əgər hər iki valideyn işlə təmin olunubsa və çox uşaqlı ailə deyilrsə, bu qiymətlər normaldır, amma ailənin maddi durumu aşağıdırsa, o zaman bu qiymətlər əlverişsizdir”.
Təhsil üzrə mütəxəssis Elşən Qafarov isə deyir ki, vahid məktəbli forması Pedoqoji Şuranın qərarıdır. “Pedoqoji Şuranın qərarının icrasına uyğun olaraq da məktəbli formaları həm müəllimlər, həm də şagirdlər üçün məcburidir, çünki Pedoqoji Şura məktəbin Ali İdaretmə orqanıdır”.
Çinarə Muradova
