00:00:00
Yazar
Admin User
24.08.2023 08:02 399 2 dəq oxuma
Sosial

MƏKTƏBLİ LƏVAZİMATLARI ALARKƏN NƏLƏRƏ DİQQƏT ETMƏK LAZIMDIR?

MƏKTƏBLİ LƏVAZİMATLARI ALARKƏN NƏLƏRƏ DİQQƏT ETMƏK LAZIMDIR?

  Məktəblərin açılmasına bir aydan az vaxt qalıb. Artıq valideynlər övladlarına məktəbli ləvazimatları almağa da başlayıblar. Bir neçə məntəqədə məktəbli yarmarkaları da fəaliyyətə başlayıb.

  Abşeron rayonu ərazisində məktəbli yarmarkaları bir həftədir fəaliyyətə başlayıb. Satıcılar deyirlər ki, seçim bol olsa da, alıcı azdır. Çeşid kimi qiymətlər də müxtəlifdir. Çantaların qiyməti onların keyfiyyətinə görə formalaşır. 15 manatdan başlayır, 100 manata qədər davam edir. Dəftərlərin qiyməti isə yerli və yaxud da xarici məhsul olması, eyni zamanda vərəqlərinin sayına görə, 15 qəpikdən başlayır, 1 manat 50 qəpiyə qədər davam edir. Qələmlərin qiyməti isə 10 qəpik- 2 manat arası dəyişir. Əsas tələbat hələki dəftər-qələmədir.

   Mütəxəssislər valideynlərə qiymətlə yanaşı, alacaqları məktəbli ləvazimatlarının keyfiyyətinə də diqqət etmələrini tövsiyə edirlər. Bunlardan ən vacibi çantalardır. Pediatr Günay Rəsulova deyir ki, yalnış seçim məktəblinin onurğasında problemlər yarada bilər. “Sürünərək daşınan yol çantalarından istifadə etmək məsləhətdir. Dərs proqramları zamanı günlük kitab-dəftər ehtiyacları o qədər çox olur ki, bu zaman çantalar çox ağır olur. Ortopedik və daha rahat daşınan çantalara üstünlük verməlidir”.

  Məktəblinin qidalanma çantası və su qabının keyfiyyəti də diqqət edilməli məqamlardandır. “Qidalanma çantaları olur, bəslənmə çantaları olur, bir də su qabları olur. Bu qabların, bu çantaların sağlıqlı materialdan olmasına diqqət etmək lazımdır, tam plastmas qablar qətiyyən tövsiyyə edilmir. Mümkün qədər termos tipli və ya şüşə qablardan istifadə edilməlidir”.

  Mütəxəssislər deyirlər ki, hər ucuz məhsul keyfiyyətli olmadığı kimi, hər bahalı məktəbli ləvazimatı da keyfiyyətli deyil. Buna görə valideynlər bu məhsulları araşıdırıb, güvəndikləri yerlərdən almalıdırlar.

NƏRGİZ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər