MƏKTƏBLİ LƏVAZİMATLARI İLƏ BƏZƏDİLƏN BUKETLƏRƏ TƏLƏBAT DAHA ÇOXDUR
Bu gün gül mağazalarına üz tutanların sayı daha çox idi. Sabah övladını birinci sinfə yola salacaq valideynlərin bəzisi sifarişlərini götürməyə, bəzisi isə seçim etməyə çalışırdı.
Bilik gününə bir gün qalmış izdiham yaşayan obyektlərdən biri də gül mağazalarıdır. Rəngarəng gül buketlərinin ən ucuzu 20 manata təklif olunur. Xüsusi dekorlarla hazırlanan buketlərin qiymətləri fərqlidir. Əksəriyyət bilik gününə özəl qələm, karandaş, hərflərlə bəzədilən çələnglərə üstünlük verir. Mağazalarda demək olar ki, sifarişlər tam yekunlaşıb. Xüsusi dekarasiya ilə hazırlanan güllər sahiblərini gözləyir. Güllərin qiyməti 20 manatdan başlayır, 200-250 manata qədər artır.
SƏBİNƏ
