00:00:00
Yazar
Admin User
14.06.2018 08:49 695 1 dəq oxuma
Sosial

Məktəblilər üçün "son zəng" çalındı

Azərbaycanda tədris ili sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır.
Məktəblilər üçün "son zəng" çalındı

Azərbaycanda 2017/2018-ci dərs ili bu gün başa çatır. Bu münasibətlə ölkənin bütün ümumtəhsil müəssisələrində “Son zəng” çalınır.

 

Təhsil Nazirliyindən İnformator.az-a verilən məlumata görə, 2017/2018-ci tədris ilində IX sinfi 111 257, XI sinfi isə 83001 şagird bitirir.

 

2018/2019-cu tədris ilinin əvvəlinə respublikanın ümumtəhsil məktəblərinə gedəcək I sinif şagirdlərinin sayı 165 780 nəfər proqnozlaşdırılır.

 

Son zənglə əlaqədar iyunun 14-də Baş Polis İdarəsinin polis qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq. Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək və orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq. Həmçinin “Son zəng”lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.

 

Qeyd edək ki, Azərbaycanda tədris ili sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır.  

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər