00:00:00
Yazar
Admin User
20.10.2023 15:48 290 2 dəq oxuma
Sosial

Məktəblilərin “ev tapşırığı” dərdi

Məktəblilərin “ev tapşırığı” dərdi

Günümüzdə valideynlərin təhsillə bağlı şikayətlərindən biri də məktəb dərslikləri ilə bağlıdır. Bəzi valideynlər düşünür ki, dərsliklərdəki materialların dili çətin, şagirdin anlaya bilmədiyi formadadır. Bəzi tapşırıqları valideynlərin belə başa düşmədiyi, həll edə bilmədiyini deyirlər.

 

Valideyn Xuraman Ələkbərova saytımıza açıqlamasında deyir ki, övladı dərslikdəki mətnləri oxuyub-anlamaqda, tapşırıqları yerinə yetirməyə çalışmaqda çətinlik çəkir.

 

“Əzbərləmək üçün evə verilən şeirlər 2-ci sinif şagirdinə uyğun deyil və şagird onu əzbərləyə bilmir”.

 

Bəs, dərsliklər sadələşdirilməlidir mi?

Dərs kitabları şagirdin yaşına necə uyğunlaşdırılmalıdır?

 

Təhsil eksperti Qoşqar Məhərrəmov sözügedən məsələ ilə bağlı informator.az-a açıqlama verib. Ekspert deyir ki, dərsliklər dilçilər, psixoloqların, erkən yaş dövrü psixologiyasını, öyrənmə nəzəriyyələrini bilən şəxslərin nəzarətində saxlanılmalı, onların təsdiqindən keçdikdən sonra məktəblərdə tədris edilməlidir.

 

"Bir çox dilçi, filoloq deyir ki, dərsliklərin mətnlərində, izahlarında problemlər, bəzi vulqar, anlamaqda çətinlik çəkilən, cümlələrin strukturu düzgün qurulmayan mətnlər var. Təbii ki, belə halda valideynlər dərsliklərin sadələşdirilməli olduğunu deyir. Dərsliklər düzgünləşdirilməli, anlaşıqlı mətnlər halına gətirilməlidir".

 

Qoşqar Məhərrəmov müəllimlərin şagirdə şeir əzbərləməsinin düzgün olmadığını hesab edir.

 

"Düşünürəm ki, şeir əzbərlətmək dəbdən düşən yanaşmadır, şagirdlərə şeir əzbərlətilməməlidir. Yəni, dərsin məzmun prosesində şagirdə şeir əzbərlətib, bunun nəticəsində qiymətləndirməyin düzgün olmadığını düşünürəm. Amerikada Artıq 3-4-cü sinif şagirdlərinə "Nyutonun qanunları" keçirilir, deməli dərsliklərin sadələşdirilməsi ilə bağlı məsələsi ilə bağlı dərsliklərdə bəzi mövzular çıxarılsın mı? Uşağın yaşı üçün çətindir mi? Kitablar şagirdin yaşına uyğun, onun anlaya biləcəyi formada yazılmalı, müəllim də dərsi kitabda yazıldığı kimi şagirdə çatdırmalıdır”.

 

Ekspert düşünür ki, dərsliklər şagirdin potensiyalına uyğun olmalıdır.

 

“Dərsliklərin sadələşdirilməsindən daha çox məzmunun şagirdin yaşına, məzmunu çatdıran müəllimin də mövzunu şagirdin yaşına, anlayışına uyğunlaşdırılması lazımdır”.

 

Nəzrin Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər