MƏKTƏBLƏR BİRİNCİLƏRİ QARŞILAMAĞA HAZIRDIR
3 aylıq fasilədən sonra sabah dərs ili başlayır. Yeni tədris ilinin başlaması ilə yanaşı həm də məktəbə, təhsil həyatına ilk qədəmlərini qoyanlar olacaq. Məktəblərdə birinciləri qarşılamaq üçün sinif otaqları xüsusi bəzədilib, uşaqlar dərs ilinin başlaması ilə əlaqədar çıxışlar hazırlayıb.
279 nömrəli məktəbin direktoru Sudabə Abdullayeva deyir ki, artıq hər bir şey hazırdır. "95 nəfər 1-ci sinif şagirdimiz var. Onlar müxtəlif milli musiqilər, rəqslər, mahnılarla bu tədbirdə iştirak edəcəklər".
21 nömrəli tam orta məktəbdə də bilik günü əhval-ruhiyəsi hiss olunur. Birinci siniflərin otaqları xüsusi dekorlarla bəzədilib, dərsliklər partaların üzərinə yerləşdirilib. Müəllimlər də çıxış edəcək məktəbliləri sabah üçün hazırlayırlar. Məktəbin direktoru Elza Bağırzadə balaca fidanlara uğur arzulayır.
Qeyd edək ki, bu il ölkə üzrə 135 000 uşaq birinci sinfə başlayır. Ümumilikdə isə, yeni tədris ilində 1 600 000 şagird təhsil alacaq.
LAMİYƏ
