00:00:00
Yazar
Admin User
18.11.2023 09:47 369 1 dəq oxuma
Sosial

Məktəblərdə hepatit xəstəliyi…

Məktəblərdə hepatit xəstəliyi…

Mingəçevirdə şagirdlər arasında "Hepatit A" virusuna yoluxma aşkarlanıb. Virusa yoluxan 6 şagird paytaxtın 2 nömrəli Kliniki Uşaq Xəstəxanaslna gətirilib.

 

Məsələ ilə bağlı İnformator.az- a açıqlama edən hepatoloq, infeksionist həkim Sadiqə Əliyeva hepatit virusu, onun növləri, yoluxma yolları və nəticələri barəsində danışıb.

 

“Hepatit qaraciyərin intihabi xəstəliyi,virus infeksiyasıdır və bir çox növü var. "Hepatit A", "Hepatit B", "Hepatit C", "Hepatit D" və s. kimi adlandırılan növləri var”.

 

Həkimin sözlərinə görə, Mingəçevirdə şagirdlərin yoluxduğu hepatit növü "Hepatit A" virusudur.

 

“"Hepatit A" virusu digərlərindən fərqli olaraq, çirkli sular, əllər, yaxşı yuyulmayan meyvələr vasitəsilə yoluxur. Xəstələrin şikayəti əsasən solğunluq, saralma, halsızlıq, ürək bulanma, sidik rənginin tündləşməsi kimi şikayətlər olur”.

 

Bəs, bu xəstəliklərdən qorunmaq üçün nə etməli?

 

“Bu xəstəlikdən qorunmaq üçün təmiz sudan istifadə edilməli, əl gigiyenasına diqqət edilməlidir".

 

Sadiqə Əliyeva qeyd edir ki, “Hepatit A" daha çox uşaqlar arasında yayılır.

 

“Ancaq onların arasında yüngül və qısamüddətli keçir. Diaqnoz laboratoriya analizinin nəticəsində qoyulur. Çünki oxşar əlamətlər digər hepatitlərdə də olduğu üçün yalnız laboratoriya analizi vasitəsilə diaqnoz qoyulur", - deyə həkim əlavə edib.

 

Nəzrin Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər