00:00:00
Yazar
Admin User
06.11.2023 18:08 368 3 dəq oxuma
Sosial

Məktəblərdə psixoloq problemi

Məktəblərdə psixoloq problemi

“Təhsil sahəsində olan problemlərə nəzər salsaq, onlardan biri, bəlkə də ən aktual olanı orta məktəblərdə psixoloji xidmətin zəifliyidir. Son illər bununla bağlı bir çox tədbirlər görülür. Görülən bu tədbirlər nəticəsində, artıq orta məktəblərdə bu sahənin adı var, bircə qalır doğru-dürüst fəaliyyəti”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov söyləyib. Ekspertin sözlərinə görə, orta məktəblərdə direktor və psixoloq bu sahəyə hələ də dırnaqarası yanaşır.

 

“Araşdırmalarıma görə, orta məktəbdə psixoloji xidmətin zəif olması bir çox səbəblə bağlıdır. Birincisi, bu sahənin yeni olmasıdır. Yəni orta məktəbdə psixoloq ştatı hələ tam oturuşmayıb və cəmiyyət tam şəkildə maariflənməyib. Valideyn hələ tam fərqinə vara bilmir ki, psixoloqun orta məktəbdə işi nədən ibarətdir. Ona görə də, maariflənmə işi düşünürəm ki, daha da geniş formada aparılmalıdır”.

 

Kamran Əsədov deyir ki, digər bir səbəb isə psixoloq ştatının olması, ancaq psixoloqların psixoloji işi aparması üçün şəraitlərinin olmamasıdır.

 

“Çünki heç kimə sirr deyil ki, bir qisim orta məktəbdə psixoloqlar konkret əvəzçiliklə dərs demək və belə deyək də, öz işləri ilə yanaşı başqa işləri də yerinə yetirmək durumu ilə üz-üzə qalırlar. Bir də psixoloqun ştat vahidinin müəyyən olunması, bu da psixoloji işin daha yaxşı görülməsində bir motivasiya vasitəsi olacaq”.

 

Ekspert düşünür ki, ştat vahidi qaldırılmalıdır.

 

“Orta məktəbdə çalışan psixoloqun aldığı əmək haqqı da, digər müəllimlərin aldığı məvacibə, müəyyən qədər bərabər tutulmalıdır. Bax, bu işlərin həll olunması və eyni zamanda düşünürəm ki, orta məktəbdə çalışan psixoloqların təlimləri, treninqləri mütəmadı olaraq keçirməsi vacibdir. Çünki orda, uşaqlarla yanaşı yeniyetmələr də mövcuddur. Onların da içərisində elə uşaqlar var ki, konkret olaraq psixoloji rahatsızlıqları ilə yanaşı həm davranış, ünsiyyət problemləri var, həm də çətin tərbiyə olunan uşaqlar”.

 

K.Əsədov qeyd edir ki, orta məktəb psixoloqları bilməlidir ki, nə formada işləmək lazımdır və onlar bu haqda bilgilənməlidir. Bunların hamısı düşünürəm ki, nəzərə alınmalıdır.

 

“Son illər ərzində Təhsil Nazirliyi tərəfindən orta məktəb psixoloqlarına xüsusi qayğı göstərilir. Təlimlər keçirilir, indi də davam etdirilir. Məsələ isə burasındadır ki, ştat vahidinin verilməsi, bu bir az zaman alan bir məsələdir. Düşünürəm ki, bunu həyata keçirərlər. Çünki, eyni bir proses səhiyyədə də baş verir”.

 

Ekspertin sözlərinə görə, klinik psixoloqlar səhiyyə tibb müəssisələrində çalışırlar.

 

“İndi məsələ qoyulur ki, onlar da həkimlər qədər əmək haqqı alsınlar. Eləcə də orta məktəbdə, onların ştat vahidi, səhf etmirəmsə, həftəlik 12 saat götürürlər və düşünürəm ki, bunu artırmaq olar. Yenə də deyirəm, şərait yaratmaq lazımdır və bunun müqabilində psixoloq da işini yaxşı bilməlidir ki, uşaqlarla işini görə bilsin”.

 

Kamran Əsədov vurğulayır ki, konkret olaraq psixoloqun öz otağı olmalıdır, otaq düzəldilməlidir ki, testlər edilə bilsin, fərdi söhbətlərlə yanaşı, yeri gəlsə ailə ilə də söhbətlər edə bilsinlər.

 

“Amma ümumilikdə orta məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxş deyil. Nazirlər kabineti tərəfindən orta məktəblərdə psixoloqların şatatı artırıldı. Bu əlbətdə olduqca müsbət bir addımdır. İndi şagigrd sayına görə məktəblərdə psixoloqlar fəaliyyət göstərəcək. Belə ki, min nəfərə qədər şagirdi olan məktəbdə 1 , iki minə qədər şagirdi olan məktəbdə 2, üç minə qədər şagirdi olan məktəbdə 3 psixoloq ştatı olacaq. Amma bunun özü də azdır”.

 

Ekspert təklif edir ki, orta məktəblərdə ibtidai siniflər üzrə ayrə, IX sinifə qədər təhsil alan şəgirdlər üçün ayrı, X-XI siniflər üçün ayrıca hətta oğlan və qız şagirdlər üçün ayrı-ayrı psixoloq ştatı ayrılmalıdır.

 

"Bu gün cəmiyyətdə baş verən haadisələr, informasiya bolluğu şagirdlərdə aqressiv halların genişlənməsinə səbəb olur. Ona görə də onlarla invidual məşğiı ola biləcək psixoloqlara ehtiyac var. Yeniliyin çatışçayan cəhəti də odur ki, 100 şagirdi oln məktəbə də 1 psixoloq olacaq, 999 şagirdi olan məktəbə də. Düşünürəm ki, bu say bölgüsünü dəyişmək lazımdır. Hal hazırda ölkədə 4447 orta məktəb var və şagird sayı 3 mindən çox olan məkyəblərin sayı çox deyil”.

 

Gülay Qəribova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər