00:00:00
Yazar
Admin User
05.12.2023 18:25 321 1 dəq oxuma
Sosial

MƏKTƏBLƏRİN DİSTANT TƏHSİLƏ KEÇMƏSİ ÜÇÜN ZƏRURƏT YARANMAYIB

MƏKTƏBLƏRİN DİSTANT TƏHSİLƏ KEÇMƏSİ ÜÇÜN ZƏRURƏT YARANMAYIB

     Qızılca ilə bağlı vəziyyət hər keçən gün təhlükəli hal alır. Geniş yayılan virus məktəblərdəki davamiyyətə də öz təsirini göstərir. Hətta adi qripə yoluxanlar belə dərsə gəlməkdən ehtiyat edir. Əslində səhətində hər hansı bir narahatlıq hiss edən şagirdlərin dərsə gəlməməsinin həm məktəb rəhbərliyi həm də nazirlik tərəfdarıdır.

 

   Qızılca ilə bağlı mövcud vəziyyətdən narahat olan ən çox valideynlərdir. "Mümkün qədər uşağı tək saxlamaq istəyirəm, çox qarışığa", "Bizdə 3 uşaqdı, biri xəstələndi üçü də xəstələnir. Ona görə çox narahatam", "Çox yayılıb, ona görə çox qorxuruq".

    Bəzi məktəblərdə isə uşaqlar arasında hər hansı virusun yayılmaması üçün özünü nasaz hiss edən şagirdlərə güzəşt edilir, dərsə buraxılmır.  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yoluxma statistikalarına hər gün baxıldığı və məsələnin nəzarət altında olduğu bildirilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Zenfira Sevdimalı deyir ki, ümumi təhsil məktəblərində, eyni zamanda məktəbəqədər təhsil müəssisələrində ixtisaslaşdırılmış qurumlar dezinfeksiya işləri aparır. "Pedoqoji kollektivə məlumat verilib ki, nəzarət tədbirləri daha da gücləndirilsin. Yerlərdə, məktəblərdə, regional təhsil idarələrində də marifləndirmə işləri də aparılır".

   Aidiyyatı qurumdan o da deyilir ki, qızılcaya yoluxanların hazırkı statistikası onu deməyə əsas verir ki, hələki epidemiyadan söhbət getmir. Buna görə də məktəblərin distant təhsilə keçməsinə zərurət yaranmayıb.

LAMİYƏ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər