00:00:00
Yazar
Admin User
08.11.2023 15:03 536 1 dəq oxuma
Sosial

Məktəbəqədər təhsil müəssisəsində Zəfər bayramı qeyd olunub

Məktəbəqədər təhsil müəssisəsində Zəfər bayramı qeyd olunub

Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən "Kiçik Dahilər Uşaq İnkişaf Mərkəzi"ndə Zəfər Gününə həsr olunan tədbir keçirilib.

 

İnformator.az xəbər verir ki, mərkəzin müdiri Fəridə İsmayılova əzəmətli Şuşa şəhərinin tarixindən, xalqımız üçün müqəddəsliyindən bəhs edib. Şəhərin Vətən müharibəsində azad olunmasının həlledici mərhələ olduğunu diqqətə çatdırıb. Beləliklə, bu qələbənin tariximizə Zəfər Günü kimi yazıldığını söyləyib.

 

Şanlı Zəfər atributları ilə bəzədilmiş, Xarı bülbülün al-əlvan könül oxşayan rəngləri ilə süslənmiş "Kiçik Dahilər Uşaq İnkişaf Mərkəzi"ndə başlayan tədbir Hərbi Qənimətlər Parkına ekskursiya ilə davam edib.

 

Daha sonra mərkəzin müəllimləri kiçik dahilərə Hərbi Qənimətlər Parkı haqqında məlumat veriblər.

 

Uşaqlar Zəfər Gününə öz töhfələrini hərbi geyimdə vətənpərvərliyə həsr edilən şeirlər söyləməklə, mahnılar oxumaqla, maraqlı kompozisiyalar və rəqs nümunələri göstərməklə nümayiş etdiriblər. Onların Vətənə intəhasız sevgisi hər kəsdə maraq doğurub.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər