00:00:00
Yazar
Admin User
22.08.2023 14:35 430 2 dəq oxuma
Sosial

“Məktəbəqədər təhsil, şübhəsiz ki, çox vacibdir” Qoşqar Məhərrəmov

“Məktəbəqədər təhsil, şübhəsiz ki, çox vacibdir” Qoşqar Məhərrəmov

İnformator.az-ın növbəti qonağı təhsil eksperti Qoşqar Məhərrəmovdur. O, məktəbəqədər təhsilin önəmi haqqında danışıb.

 

-Məktəbəqədər təhsil nə qədər vacibdir? Bu təhsil layihəsi nələri vəd edir?

 

Məktəbəqədər təhsil, şübhəsiz ki, çox vacibdir. Çünki məktəbəqədər təhsildə söhbət “Ağac yaşkən əyilməkdən” gedir, yəni şagirdin erkən yaşlarda öyrəndikləri sonradan öyrənilə bilmir. Və yaxud gələcəkdə öyrəndikləri erkən yaşda öyrəndiklərinin təməlinin üzərinə qurulub. Uşaqların erkən yaş dövründə zehinləri daha açıq olur. Onların zehinləri daha mürəkkəb, bəlkə də gələcəyin böyük insanlarının həll edə bilməyəcəyi məsələləri həll etmək qabiliyyətinə, potensialına sahib olurlar. Həmin yaş dövrlərində uşaqların potensiallarının kəşf olunmağı çox vacib məsələdir. Məktəbəqədər yaş haqqında çoxlu kitablar yazılıb. Çin və Yaponiyada çox erkən yaşlarından məktəbəqədər təhsil var. Orada fiziki tərbiyə, eyni zamanda dəyərlər bir mədəniyyət olaraq uşaqlara aşılanır. Biz buradan nə başa düşürük? Əslində, bir-birinə bənzəyən insanların əmələ gətirdiyi mürəffəh, xoşbəxt cəmiyyətdən söhbət gedirsə, erkən yaşlardan uşaqların təlim-tərbiyəsinə başlamaq lazımdır. Uşaqların tərbiyəsi, savadlanması dövlətin əsas məsələlərindən biridir. Ona görə də dövlət xalqdan aldığı vergi, dövlətin sərmayəsi, təbii sərvətləri ilə öz övladlarını ta erkən yaşlardan tərbiyə etməlidir. Düşünürəm ki, gələcəkdə insanların əmək bazarında özünə daha yaxşı yer tuta bilməyi, onların daha dəyərli, faydalı insan ola bilməyi, rəqabətə davamlı ola bilməyi bağça, məktəbəqədər təhsilindən asılıdır. Bu təhsilin vədləri böyükdür.

 

Sayad Qoşnalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər