00:00:00
Yazar
Admin User
24.08.2023 16:56 247 2 dəq oxuma
Sosial

Əmlak alarkən diqqət edilməli məqamlar

Əmlak alarkən diqqət edilməli məqamlar

Azərbaycanda elə fərdi həyət evləri var ki, yaxınlığından qaz boruları, işıq xətləri keçir. Bu hal isə həmin evlərdə yaşayan vətəndaşlar üçün ciddi təhlükələr yarada bilər.


Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, Bakı və Abşeron ərazisində minlərlə çıxarış ala bilməyən fərdi həyət evləri var. Bunun əsas səbəbləri torpaqların təyinatının fərqli olması, tikilən əmlakların tikinti normativlərinə uyğun olmaması ola bilər. Səbəblərdən biri isə bəzi əmlakların qadağan olunmuş ərazilərdə tikilməsidir: "Belə əmlakların çıxarış alması qanunvericiliyə əsasən qadağandır. Həmin ərazilər-elektrik naqillərinə, neft-qaz borularına və ya digər kommunikasiya xətlərinə yaxın yerləşdiyi üçün təhlüləli bölgələr sayılır. Bu ərazilərdə əmlakların tikilməsinin qadağan olmasına baxmayaraq, yüzlərlə fərdi həyət evləri var. Bu hal qəzalarla, partlayışlarla, ciddi yanğınlarla nəticələnə bilər. Bunun qarşısını almaq üçün vətəndaşlar aldıqları torpaq sahələri ilə bağlı belə məsələlərə diqqət yetirməli, ərazinin kommunikasiya xətlərinə yaxınlığını müəyyənləşdirməlidir. Vətəndaşlar bu ərazilərin təhlükəli olduğunu və tikilən əmlaklara sənəd verilməyəcəyini bilməlidirlər. Bir müddət sonra bu ərazilərdə yaşayan vətəndaşlar köçürülməli və ya bu ərazilərdən keçən kommunikasiya xətləri dəyişdirməlidir, lakin bu, uzun zaman və xərc tələb edir. Buna görə də vətəndaşlar əmlak aldıqları zaman diqqətlə yanaşmalıdırlar ki, sonra bu məsələylə bağlı məsuliyyət vətəndaşa aid edilir".

 

Ekspert bu əraziləri satan, bu barədə məlumatlı olan şəxslərlə bağlı da açıqlama edib:
"Bəzi səlahiyyətli dövlət qurumlarının nümayəndələri belə ərazilərdə evlər inşa olunan zaman tikintilərlə bağlı məlumatlı olurlar. Həmin şəxslər buna icazə verməməlidirlər. Qadağan olunmuş ərazilərdə tikintiyə icazə verən şəxslər qanun qarşısında cavabdehdirlər və məsuliyyət daşıyırlar".

 

Nəzrin Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər