00:00:00
Yazar
Admin User
08.02.2016 12:18 342 1 dəq oxuma
Sosial

Əmlak Məsələləri Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıb

3 fevral 2016-cı il tarixli Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıb
Əmlak Məsələləri Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıb

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıb. Bu barədə İnformator.az-a Komitədən məlumat verilib.

Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazovun rəhbərlik etdiyi və 6 nəfərdən ibarət Apellyasiya Şurasına komitənin strukturuna aid olan və tabeliyindəki qurumların məsul əməkdaşları daxildir.

İctimai əsaslarla fəaliyyət göstərəcək Apellyasiya Şurası müvafiq fərmana uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məsələlərinə baxacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər