Məlumatı hətta zəlzələdən 5 dəqiqə əvvəl almaq mümkün olsaydı...
Fəlakət sözünü eşidəndə heç də yaxşı hiss etməyə bilirik. Lakin qədim dövrlərdən bəridir Yer kürəsində müxtəlif təbii fəlakətlər baş verir. Zəlzələ də onlardan biridir.
Yaxın zamanda mən də daxil olmaqla, bir çox insanların telefonuna zəlzələ ilə bağlı bildiriş gəldi. Doğrusu, mən Bakı şəhərində idim və zəlzələni hiss etmədim. Lakin vətəndaşlar deyir ki, zəlzələ gecə saat 1-2 aralığında olub. Təxminən, 7-10 saniyə müddətində davam edib. Ev sanki yellənib. Cənub zonasında olub deyə, zəlzələ orada hiss olunub, amma nə dağıntı, nə də tələfat olmayıb.
Vüsalə Rafiqqızının paylaşımlarına görə, zəlzələ Masallı və Cəlilabad rayonlarının inzibati sərhəddində baş verib. Həmçinin bildirib ki, Masallı zəlzələsi yerli vaxtla saat 01:23 radələrində, 5 maqnituda, 13 km dərinlikdə və episentrdə 4 baldan artıq, ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Mənbələrdən birində yazılan yazıda deyilir ki, ZƏLZƏLƏ OCAĞI BARƏDƏ məlumatı hətta zəlzələdən 5 dəqiqə əvvəl almaq mümkün olsaydı, yəqin ki, bu təbii fəlakət bu qədər canlar alıb şəhərləri viran qoymazdı.
Mənşəyi məlum olmayan qaynaqlardan aldığınız sms və yaxud xəbərdarlıqlar, sadəcə olaraq PSİXOLOJİ VAHİMƏ – yəni KÜTLƏVİ PSİXOZ yaratmaq məqsədi daşıyır ki, bu da ölkələrə qarşı aparılan təxribat kimi dəyərləndirilə bilər.
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı verdiyim müsahibələrdə dəfələrlə zəlzələnin vaxtının müəyyən edilməsinin mümkün olmadığı barədə ətraflı fikirlər söylədiyimdən, yenidən bu məsələyə qayıtmaq istəməzdim.
Sadəcə sonda qeyd etmək istəyirəm ki, öncədən zəlzələnin vaxtını, coğrafi koordinatlarını təyin etmək və ya onun qarşısını almaq müasir elm səviyyəsində qətiyyən mümkün olmayan vəzifələrdən biridir.
Belə isə hər oxuduğunuz xəbər, aldığınız mesajlardan nə özünüzü, nə də digərlərini vahiməyə salaraq qorxu hissi yaratmayın.
Xəstəliklərin bir çoxunun mənbəyi, QORXU HİSSİDİR. Bu hisslərdən uzaq olun.
Qeyd edək ki, zəlzələ zamanı müxtəlif tədbirlər görərək, əgər zəlzələyə yaxalansaq, əvvəlcədən hazırlanmış çanta vasitəsilə ehtiyaclarımızın bir qismini ödəyə bilərik. Zəlzələ zamanı təhlükəsizlik qaydalarına riayət edək ki, daha çox güvəndə olaq. Xüsusilə də, bina tikintisi zamanı diqqətli olmaq çox önəmlidir. Yaşadıqlarımızdan dərs alaq.
Aydan Qasımova
