MM-in növbədənkənar sessiyası ilə bağlı sərəncam
Milli Məclisinin sədri Sahibə Qafarova 82 deputatın tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsaslanaraq 2026-cı il iyunun 1-dən parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Nəzərə çatdıraq ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.