“Mənim iştirak etmədiyim bir seçki, prezidentin legitimliyini itirdiyi bir seçki olar”
23 martda barəsindəki “korupsiya” istintaqı çərçivəsində həbs edilərək İstanbul Böyükşəhər Bələdiyyə (İBB) sədrliyindən uzaqlaşdırılan Əkrəm İmamoğlu prezidentliyə namizədliyi ilə bağlı açıq mesajlar verib.
Silivri Həbsxanasından T24-dən Cansu Çamlıbelin suallarını cavablandıran İmamoğlu bildirib: “Namizədliyim qəti şəkildə davam edir”. İmamoğlu vurğulayıb ki, onun iştirak edə bilmədiyi, azad şəkildə yarışa bilmədiyi bir seçki “prezidentin legitimliyini itirdiyi” bir seçki sayılacaq. Geniş müsahibəsində İmamoğlu həm öz siyasi gələcəyi, həm də Türkiyənin gedişatı ilə bağlı fikirlərini bölüşüb. Kürd məsələsindən iqtisadi problemlərə, məhkəmə müstəqilliyindən seçki təhlükəsizliyinə qədər müxtəlif mövzularda açıqlamalar verən İmamoğlu Türkiyənin bərabər vətəndaşlıq prinsipi əsasında böyük bir sıçrayış edə biləcəyini bildirib. Kürd məsələsi ilə bağlı isə deyib: “Hər bir vətəndaşımızın dilindən, mədəniyyətindən, inancından və ənənələrindən bərabər şəkildə faydalandığı bir proses Türkiyəyə ən böyük sıçrayışı yaşadacaq”.
BBC NEWS
Səmayə Səftərova
