Mənzil İnşaatı Dövlət Agentliyinə direktor təyin edilib
Samir Nuriyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Samir Nuriyevin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında \"İçərişəhər\" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
İnformator.az-ın məlumatına görə, sərəncamda deyilir:
\"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında \"İçərişəhər\" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edilsin\".
Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla Samir Nuriyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin edilib.
