Mənzillərdə təmir işləri - HÜQUQLARIMIZ
Mənzillərdə təmir aparmaq istəyən vətəndaşlar işçi müqaviləsi bağlamalıdırlar? Evlərini təmir etmək istəyən vətəndaşlar kimə və ya hara müraciət etməlidirlər? İnformator.az əməkdaşı Nəzrin sualların cavablarını oxucular üçün araaşdırıb.
Hüquqşünas Esmira Rzayeva məsələni bu cür açıqlayıb:
"Mənzillərdə təmir və ya bir binanın tikintisi zamanı işçi və işə götürən arasında tapşırıq müqaviləsi bağlanmalıdır. Bəzən vətəndaşlarımız "təmir edən şəxs qohumumdur, pulsuz işləyir" kimi açıqlamalar edirlər. Lakin bu hal Dövlət Əmək Müfəttişliyinə qarşı ciddi qanun pozuntusudur. İşçi və işə götürən arasında hüquq müqaviləsi bağlanmalıdır. "İşçi hansı hallara məsuliyyəti daşıyır?" və ya "İşə götürən şəxsin hansı vəzifə və hüquqları var?" kimi sualların açıqlaması müqavilə şərtlərində əks olunmalıdır. Müqavilədə əmək haqqı da qeyd olunur".
Hüquqşünas qeyd edir ki, mənzildə otaqlar arasında divar sökülməsi və ya tikilməsiylə bağlı dəyişiklik olacaqsa, bu zaman İcra Hakimiyyətinə xəbərdarlıq edilməlidir.
Nəzrin Mirzəyeva
