00:00:00
Yazar
Admin User
31.05.2023 15:44 314 1 dəq oxuma
Sosial

Modelin geyimi İranın dövlət rəsmilərini qəzəbləndirdi

Modelin geyimi İranın dövlət rəsmilərini qəzəbləndirdi

İranın dünya şöhrətli modeli Mahlagha Caberi Kann Festivalında geyimi ilə diqqət çəkib.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, iranlı model Mahlagha Caberi Kann Film Festivalına ölkəsindəki edamlara diqqət çəkmək üçün boynuna edam ipi olan geyimdə qatılıb. Caberinin paltarının arxa hissəsində isə "Edamları dayandırın” şüarı yazılıb. 

 

Məşhur model 4 milyon izləyicisi olan instaqram səhifəsində "İran xalqına ithaf olunur" qeydi ilə video da paylaşıb. Caberinin video və geyim seçimi İran hökumət rəsmilərini qəzəbləndirib.

 

Qeyd edək ki, Caberi diqqətçəkən geyimi ilə bağlı tənqidlərdən sonra instaqram hesabında açıqlama verərək "Biz Kannın əzəmətini müşahidə etmək üçün bir dəb yaratmaq istədik. Amma əsas önəmlisi medianın diqqətini İran xalqının haqsız edamlarına yönəltməkdir. Təəssüf ki, Kann Festivalında siyasi bəyanatlara icazə verilmir. Festival və mühafizəçilər paltarımın arxasını göstərməyimə mane oldular, amma məna çox yaxşı başa düşüldü”- deyə qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər