Moldova baş naziri Kiyevə gəlib
Moldova Baş naziri Aleksandr Muntyanu Kiyevə gəlib.
"İnformator.az" xəbər verir ki, bu barədə o, X hesabında paylaşıb.
“Moldova xalqı adından aydın həmrəylik mesajı göndərirəm. Biz Ukraynanın yanında qonşu və dost kimi dayanırıq. Ədalətli, davamlı sülhə və AB-də ortaq gələcəyimizə sadiqik”, - Muntyanu bildirib.
Onun Kiyevdə Prezident Vladimir Zelenski və Baş nazir Yuliya Sviridenko ilə danışıqlar aparması planlaşdırılır.
