00:00:00
Yazar
Elmira Ağayeva
03.06.2026 21:56 12 1 dəq oxuma
Siyasət

Moldova Moskva ilə iqtisadi əlaqələri  tamamilə dayandırmağa doğru gedir

Moldova Moskva ilə iqtisadi əlaqələri tamamilə dayandırmağa doğru gedir

 


Moldova hakimiyyəti Moskva ilə iqtisadi münasibətlərin tamamilə dayandırılması istiqamətində addımlar atır. Bunu Rusiyanın Moldovadakı səfiri Oleq Ozerov bildirib.

 

“Hazırda Rusiya ilə Moldova arasında iqtisadi əməkdaşlıq bir sıra səbəblərə görə olduqca mürəkkəb vəziyyətdədir. Bunlardan birincisi Avropa inteqrasiyası kursunu seçən və tarixi, iqtisadi, eləcə də humanitar əlaqələri nəzərə almayan mövcud Moldova rəhbərliyinin mövqeyidir. Bu siyasət faktiki olaraq münasibətlərimizin tamamilə dağılmasına gətirib çıxarır”, – deyə o, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) sessiyasında çıxışı zamanı bildirib.

Diplomatın sözlərinə görə, Moldovanın Avropa İttifaqı ilə iqtisadi münasibətləri hazırda durğunluq mərhələsindədir və Aİ bazarına ixrac olunan Moldova məhsullarının həcmində artım müşahidə olunmur.

Oleq Ozerov qeyd edib ki, ənənəvi olaraq Rusiya bazarına göndərilən Moldova kənd təsərrüfatı məhsullarının həcmi də azalır.

 

Qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 3-dən 6-dək keçirilir. Forumun builki mövzusu “Praqmatik dialoq: sabit gələcəyə aparan yol” adlanır. Tədbirin proqramı dünya iqtisadiyyatında davam edən transformasiya fonunda yeni qlobal inkişaf modelinin formalaşdırılmasına həsr olunub. Forumun təşkilatçısı “Roskonqress” Fondu, rəsmi informasiya tərəfdaşı isə TASS agentliyidir.


TASS
Nuray Əliyeva

#Rusiya #Moldova
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər