00:00:00
Yazar
Admin User
29.12.2025 16:15 90 2 dəq oxuma
Dünya

Moldova Rus Evi ilə bağlı sazişi ləğv edir

Moldova Rus Evi ilə bağlı sazişi ləğv edir

Moldova hakimiyyəti Rusiyanı Kişinyovda fəaliyyət göstərən Rus Evi ilə bağlı hökumətlərarası sazişin uzadılmayacağı barədə xəbərdar edib. Xarici işlər naziri Mixay Popşoyun sözlərinə görə, sazişin müddəti iyunun sonu-iyulun əvvəlində başa çatacaq və bundan sonra mərkəzin ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas qalmayacaq.

 

Mövzu ilə bağlı politoloq Züriyyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Moldovanın Rus Evi ilə bağlı sazişi uzatmamaq qərarı iki ölkə arasında artıq mövcud olan siyasi gərginliyi daha da dərinləşdirə bilər:

 

“Rus Evi uzun illər ərzində Moskvanın “yumşaq güc” alətlərindən biri kimi çıxış edib və mədəni-humanitar təsir mexanizmi rolunu oynayıb. Onun fəaliyyətinin dayandırılması Rusiyanın Moldovada hakimiyyətinin açıq şəkildə Moskvanın təsir dairəsindən uzaqlaşması kimi qiymətləndirilə bilər. Bu isə diplomatik ritorikanın sərtləşməsi, ikitərəfli münasibətlərdə soyuqluğun artması və hətta iqtisadi və miqrasiya məsələlərində təzyiq alətlərinin gündəmə gəlməsi ilə nəticələnə bilər. Xüsusilə Moldovada yaşayan rusdilli əhali mövzusu Kremlin informasiya və siyasi ritorikasında daha aktiv istifadə edilə bilər. Digər tərəfdən, bu addım Moldovanın xarici siyasət kursunda Avropa İttifaqına inteqrasiyanın və Qərbyönlü xəttin daha da möhkəmləndiyini göstərir. Rəsmi Kişinyov son illər təhlükəsizlik, enerji və institusional islahatlar sahəsində Rusiyadan asılılığı azaltmağa çalışır və bu qərar da həmin strategiyanın tərkib hissəsi kimi görünür. Rusiya isə buna cavab olaraq diplomatik etiraz notası, mədəni əməkdaşlığın məhdudlaşdırılması və ya siyasi ritorikanın sərtləşdirilməsi kimi addımlar ata bilər. Lakin hazırkı mərhələdə Moskvanın daha sərt tədbirlərə əl atması regional və beynəlxalq kontekstdə onun mövqeyini zəiflədə biləcəyindən, reaksiyanın əsasən simvolik və diplomatik çərçivədə qalması ehtimalı daha yüksəkdir”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər