00:00:00
Yazar
Admin User
28.12.2025 17:34 96 1 dəq oxuma
Dünya

Moldovadan Rusiyaya Rus Evi ilə bağlı

Moldovadan Rusiyaya Rus Evi ilə bağlı

Moldova hakimiyyəti Rusiyanı Rus Evinin, Kişinyovdakı Rusiya Elm və Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyi hökumətlərarası sazişin denonsasiyası barədə xəbərdar edib.


"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Moldova Xarici İşlər Nazirliyinin rəhbəri Mixay Popşoy məlumat verib.

 

"Rusiya tərəfi artıq məlumatlandırılıb və yayda, çox güman ki, iyunun sonu - iyulun əvvəlində, hazırkı sazişin müddəalarının müddəti bitəndə onun vaxtı uzadılmayacaq, bu da sənədin hüquqi qüvvəsinin başa çatması demək olacaq. Bu müddət başa çatdıqdan sonra mərkəzin Moldova Respublikasında fəaliyyət göstərməsi üçün qanuni əsasları olmayacaq", - Popşoy bildirib.


O əlavə edib ki, beynəlxalq hüquq normalarına uyğun olaraq Rusiya tərəfi bu müddəalara əməl etməlidir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər