00:00:00
Yazar
Güllər Gülhüseynova
10.07.2026 17:20 21 1 dəq oxuma
Dünya

Moldovanın hakim partiyası baş nazir vəzifəsinə Tofanın namizədliyini irəli sürəcək

Moldovanın hakim partiyası baş nazir vəzifəsinə Tofanın namizədliyini irəli sürəcək

Moldovada hakim Fəaliyyət və Həmrəylik Partiyası iyulun 11-də keçiriləcək məsləhətləşmələrdə Vasile Tofanın namizədliyini baş nazir vəzifəsinə irəli sürəcək.

 

"İnformator.az" Moldova mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin sədri və Fəaliyyət və Həmrəylik Partiyasının lideri İqor Qrosu bildirib.

 

"Biz Tofanla onun mövqeyini və fəaliyyət planını bir neçə saat müzakirə etdik. Şadam ki, bizim əsas məqsəd və dəyərlərimiz üst-üstə düşür - yaxın illərdə Avropa İttifaqına daxil olmaq, dövlət institutlarında islahatlar, iqtisadi artım, eləcə də bu dövrdə başlanmış mühüm islahatların həyata keçirilməsi", - Qrosu deyib.

 

#nazir #namizədliyini #azərbaycan #baki #moldovanın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər