Moldovanın kəskin fərqlə rəqibinə məğlub olması böyük rəzalətdi
10 sentyabr 2025 – Dünya Kuboku seçmə mərhələsinin I qrupunda Norveç millisi Moldovanı 11-1 hesabı ilə məğlub edib. Oyunun əvvəlindən etibarən Norveç komandasının hücum üstünlüyü nəzərə çarpıb və ilk dəqiqələrdən etibarən Moldovanın müdafiəsi sarsılıb.
Mövzu ilə bağlı futbol eksperti Ağa Dadaşzadə “İnformator.az”a bildirib ki, Moldovanın kəskin fərqlə rəqibinə məğlub olması böyük rəzalətdir:
“Bu nəticə Dünya Kuboku seçmə mərhələsində qrup balansını dəyişmir. Qalib olan komanda öz yerini möhkəmləndirir və dünya çempiyonluğuna getməyi hədəfləyir. Uduzan tərəf isə öz problemlərini aradan qaldırmağın yollarını axdarmalıdır. Moldova resursları, futbolçuları az olan aşağı təbəqəli bir ölkədir. Belə şəraitdə olan ölkələrin futboluda qənaətbəxş olmur. 11-0 uduzması isə bunu bariz ifadə edən göstəricidir. Belə böyük miqyaslı nəticələr turnirin rəqabətliliyiylə yanaşı keyfiyyətinədə zərər vurur. Növbəti oyunlarda güman edirik ki, Moldova özünə gəlib daha yaxşı çıxışlarla qarşımıza çıxacaq”.
Fatimə Hüseynli
