Moldovaya girişinə icazə verilməyən tələbələr ölkəyə qaytarılacaq
Hadisə ötən həftə Moldova hava limanında baş verib. Rəsmilər məsələni nəzarətdə saxlayır və tələbələrin təhlükəsiz qayıdışı üçün işlər aparılır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, tələbələrin Moldovaya girişinə icazə verilməməsinin başlıca səbəbi sənədlərlə bağlı yoxlamaların olmasıdır:
“Tələbələrin Moldovaya buraxılmamasına səbəb ondan ibarətdir ki, həmin tələbələr müvafiq olaraq universitetə qəbul alarkən qeyri-qanuni qəbul alıblar və belə olan halda da onların ölkəyə buraxılması ilə bağlı problem yaranır.
Qeyd edim ki, burada əsasən Moldovanın özünə deyil, bu Ukrayna universitetində təhsil almaq üçün gedən tələbələrdir.
Həmin tələbələr Moldova ərazisindən keçərkən onların girişinə icazə verilməyib və təbii ki, Moldova tərəfi də burada əsasən qeyd edir ki, Ukraynada təhsil almaq üçün gedən həmin tələbələrin universitetə qəbul sənədləri qaydasında deyil, qeyri-qanuni qəbuldur, ona görə də biz həmin tələbələri qəbul edə bilmərik. Qaldı ki, tələbələrin təhsilini hansı şəkildə davam etdirmə məsələsinə — qeyri-qanuni qəbul olduqları üçün, təbii ki, burada dövlət onlara hər hansı imtiyaz, güzəşt tanımır. Onsuz da qəbul ola bilsəydilər, ölkə universitetlərinə qəbul olardılar. Bu əsasən attestatla, qeyri-leqal yollarla qəbul alan tələbələr idilər ki, burada da onlar hansı şirkət tərəfindən göndərilmişdilərsə, onlardan sadəcə xidmət haqqı tələb edilməlidir və yaxud başqa hansısa xarici ölkələrdə qanuni qəbul alıb yönəlməlidirlər".
Gülnar Mustafayeva
