Molla rejiminin növbəti biabırçılığı
Molla rejiminə bu dəfə yük avtomobillərinin sürücüləri etiraz ediblər. Onlar polis zülmünə qarşı yük maşınlarını yolda saxlayaraq tətil keçiriblər. Etirazların əsas səbəbi isə yol polislərinin həyata keçirdiyi təzyiqlərdir. Onlar sürücülərdən mütəmadi olaraq yüksək məbləğdə rüşvət tələb edirdilər. Bu proses isə olduqca rahat şəkildə həyata keçirilir. Bununla paralel, onlar iqtisadi problemlərə, yükdaşıma tariflərinin aşağı olmasına, bahalı avtomobil hissələrinə və yanacaq çatışmazlığına da etiraz ediblər. Sürücülər həmçinin, hökumətin həyata keçirdiyi iqtisadi siyasətə də öz narazılıq səslərinin ucaldıblar.
İranlı fəal Məhəmməd Rəhmanifər deyir ki, artıq çox açıq şəkildə maşınlar dayandırılır və sürücülərə hədə-qorxu gəlinir, cəzalandırılacaqları barədə məlumat verilir. Qarşılğında isə onlardan pul tələb edirlər: “Demək olar ki, yük avtomobili sürücülərinin qazancları bu işdən gəlir. Onlar hər gün əziyyət çəkirlər. Hər gün rüşvət vermək məcburiyyətində qalırlar”.
Bu şəkildə davam edən müxtəlif etirazlar isə İranı artıq müxtəlif aspektlərdən uçuruma sürükləyir. Bu gələcəkdə rəsmi Tehran iqtisadiyyatını da çökdürəcək amillərdəndir. Çünki insanlar qayda pozuntuları, ədalətsizlik və hərc-mərclik səbəblərilə artıq işləməyə meylli deyillər. Bu isə işçi həcminin azalması deməkdir. Hazırki bu proses isə yük daşımalarında gecikmələrlə nəticələnir. Nəzərə almaq lazımdır ki, Molla rejiminin hazırda xarici sərmayəyə böyük ehtiyacı var. Yəni daşınmalar mütləq şəkildə həyata keçirilməlidir.
Siyasi şərhçi Sədrəddin Soltat hesab edir ki, İranda yaradılan bu vəziyyət xarici ölkə vətəndaşlarına münasibətin göstəricisidir: “Bu, İranın xarici ölkələrlə iqtisadi-siyasi münasibətlərinə mənfi təsir göstərə bilər. İran bununla da etibarsız bir ölkə ola bilər. İranın hazı ki şəraitində xarici sərmayəyə çox böyük ehtiyacı var. Tranzit yollu yük avtomobillərinin sürücüsünə polisin bu cür davranışı ölkəni xarici vətəndaşlar üçün riskli edir”.
Molla rejimi artıq ölkədə aylardır davam edən etirazları cilovlaya bilmir. Bu da onu deməyə əsas verir ki, bu cür davam etsə İran hakimiyyətində çalxalanmalar daha da dərinləşəcək.
